İsrail Livandan qoşunlarını çıxarmağa başladı
- 04.06.2026 17:29
- 71 baxış
İsrail Müdafiə Qüvvələri (SAXAL) qoşunlarının Livanın cənubundan qismən çıxarılmasına başlayıb.
Edalettv.Az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.
"İsrail ordusu qoşunlarının bir hissəsini Dbeybindən çıxarmağa başlayıb", - materialda qeyd olunub.
Daha əvvəl ABŞ-nin Dövlət Departamentindən bildirmişdi ki, İsrail və Livan atəşkəs barədə razılığa gəlib.
Qeyd olunur ki, tərəflər Livan silahlı qüvvələrinin tam nəzarəti altında pilot zonaların yaradılmasını sürətləndirmək barədə anlaşıblar.

